Gündəm / Cəmiyyət

Meymunçiçəyinin yayılması sürətlənir?

Meymunçiçəyinin yayılması sürətlənir?

Britaniyada yoluxma sayında kəskin artım

"Kanal14.az" "RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyada 100 nəfərdən artıq adamın meymunçiçəyi virusuna yoluxduğu aşkar edilib.

Britaniyanın Səhiyyə Agentliyinin açıqlamasında 106 nəfərin yoluxduğu bildirilir. Son sutka ərzində 16 nəfər bu xəstəliyə tutulub.

İngiltərədə 101, Şotlandiyada 3, Uelsdə 1 və Şimali İrlandiyada da 1 xəstə qeydə alınıb.