Gündəm / İqtisadiyyat / Cəmiyyət

Ölkədən düyü çıxarmaq qadağan edilə bilər

Ölkədən düyü çıxarmaq qadağan edilə bilər

Kanal14.az: - Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il iyulun 1-dən dekabrın 31-nə kimi düyü və düyü yarmasının ixracını qadağan etməyi təklif edib. Müvəqqəti qadağan qətnaməsinin layihəsi normativ hüquqi aktlar portalında yerləşdirilib. İxrac qadağanının Avrasiya İqtisadi İttifaqı ölkələrinə - Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstana şamil edilməyəcəyi bildirilir.

Qərarla bağlı izahatda bildirilir ki, məhdudlaşdırmanın məqsədi – Rusiya Federasiyasının ərzaq təhlükəsizliyini təmin eləmək və düyü yarmasının daxili qiymətlərini qorumaqdır.