Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Foto

Salyan İcra Hakimiyyətində 5 manatlıq tender... - FOTO

Salyan İcra Hakimiyyətində 5 manatlıq tender... - FOTO

"Kanal14.az"  "DogruXeber.az"a istinadən  xəbər verir ki, "Dövlət Satınalma Portalı"da 24.05.2022-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin "TFM-SMART PROJECT" Məhdud Məsuliyyətli Cəmiyyəti (6001055841) ilə bağladığı "Salyan şəhərində abadlıq işləri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması" müqaviləsi barəsində məlumat dərc edilib.

İlk baxışdan hər şey tam qaydalara uyğun şəkildə aparıldığı görünür. Müqavilə barəsində ətraflı məlumatlar da lazımi formada yerləşdirilib. Lakin, bu müqavilədə diqqət çəkən məqam budur ki, məbləğ cəmi 5 (beş) AZN göstərilib.

Müsabiqədə iştirak haqqı isə 100 (yüz) AZN qeyd edilib. Xidmətlər barəsində "açıqlama" bölməsində isə qurum yalnız nöqtə (.) qoymaqla kifayətlənib.

Salyan İcra Hakimiyyətində 5 manatlıq tender... - FOTO

5 (beş) AZN - xidmətin aparılması üçün tender müsabiqəsi elan etmək, həmçinin sözügedən məbləğin tender qanunvericiliyinə nə dərəcədə, hansı şərtlərlə uyğunlaşdırılması maraqlı sual doğurur.

Odur ki, məsələyə aydınlıq gətirilməsi üçün Salyan rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələrindən birinə zəng etdik. Dəstəyi başçının köməkçisi qaldırdı. Məsələni diqqətinə çatdırdıqdan sonra köməkçi bildirdi ki, saytda yerləşdirilən digər telefon nömrəsi - İnformasiya və Təminat şöbəsi ilə əlaqə saxlayaq. Biz digər telefon nömrəsinə zəng etdik. Orada da dəstəyi qaldıran şəxs bizi dinlədikdən sonra 2-3 dəqiqə sonra zəng etməyimizi xahiş etdi ki, "ona baxan adam 2-3 dəqiqəyə gələcək". Belə də etdik. Bir neçə dəqiqədə sonra təkrar aradıq. Bu dəfə telefona cavab verən (özünü təqdim etməkdə əvvəlcə tərəddüd edən) Aqşin Babayev adlı şəxsə məsələni bildirdik. Lakin, Aqşin Babayevin danışığından belə anladıq ki, o ümumiyyətlə Dövlət Satınalma Portalından məlumatsızdır. Ətraflı izahımızdan sonra bildirdi ki, araşdırıb, bizimlə əlaqə saxlayacaq.

Bir neçə dəqiqədən sonra Aqşin Babayev təkrar bizə zəng etdi və bildirdi ki, "Sizin dediyiniz tamamilə yanlış məlumatdır. Bu ola bilməz".

Salyan İcra Hakimiyyətində 5 manatlıq tender... - FOTO

Məlumatın nə dərəcədə yanlış olduğunu isə aşağıdakı fotoda görə bilərsiniz.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az