"Kanal14.az" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”, - DİN rəsmisi əlavə edib.