"Kanal14.az" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb. 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin sözlərinə görə, "Bu, olmamalı olan rekorddur. Bu, dağıdıcı münaqişələrin həlli və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanların evlərini tərk etməsinin əsas səbəblərini aradan qaldırmaq üçün həyəcanverici siqnal olmalıdır. Ukraynada Böyük Müharibədən əvvəl məcburi köçkünlərin sayı təxminən 90 milyon nəfər idi. Rusiyanın əsassız təcavüzündən sonra bu rəqəm daha 14 milyon artdı: 8 milyon ukraynalı ölkənin təhlükəsiz bölgələrinə köçdü, daha 6 milyonu isə xaricə getdi", - deyə bildirib. 

"Ukraynadakı müharibədən qaçan insanlara beynəlxalq reaksiya böyük dərəcədə müsbət olub. Şəfqət hələ də mövcuddur və bizim dünyada baş verən bütün böhranlar üçün oxşar səfərbərliyə ehtiyacımız var. Amma son nəticədə humanitar yardım müalicəvi deyil, palliativ xarakter daşıyır. Bu tendensiyanın qarşısını almaq üçün, yeganə cavab sülh və sabitlikdir", - deyə o son olaraq qeyd edib.