"Kanal14.az"ın məlumatına görə, hadisə Nizami küçəsi 16 ünvanında baş verib. Belə ki, 1987-ci il təvəllüdlü şəhər sakini Quliyeva Arzu Xəqani qızı 78 manat kommunal borcuna görə üzərinə benzin tökərək intihara cəhd edib. İntihara cəhdin qarşısı alınsa da, özünə qəsd edən qadın müxtəlif dərəcəli yanıq xəsarərləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.