Milli Hidrometeorologiya Xidmətindən "Kanal14.az"a verilən məlumata görə, havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.
Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.