"Kanal14.az" xəbər verir ki, Tural Gəncəliyev bu vəzifədə Cavanşir Feyziyevi əvəzləyib.

Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri kimi mayın 16-da Brüsselə səfər edəcək, Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.