Gündəm / Cəmiyyət / Sosial / Video
12:30 / 13.05.2022
45

Sumqayıt qəbristanlığında "MƏZAR MONOPOLİYASI"... - SOCAR da bu "biznes"in şərikidir ? // VİDEO

Sumqayıt qəbristanlığında

Kanal14.az: - "Ölüm haqqdır. Hər kəs üçün var." Bu ifadəni hamımız işlədirik. Amma, təəssüf ki, özümüzə xatırlatmaq üçün deyil, başqalarına nəyisə anlatmaq istərkən, bu cümlələrdən istifadə edirik. Özümüzə gəldikdə isə heç ölməyəcəkmişik kimi yaşayırıq. Kimimiz yaxşı əməllərimizlə, kimimiz başqalarının haqqına göz dikərək...

Bəli, növbəmiz gəldiyində hamımız tək-tək müvəqqəti yaşadığımız sınaq meydanını tərk edirik. Amma, nə yazıq ki, yuxarıda da qeyd etdiyimiz kimi heç ölməyəcəkmiş kimi yaşayan bəzi işbazlar müvəqqəti yaşadığımız dünyadan getmək növbəsi çatanlardan - yəni, ölənlərdən belə yararlanmağın yollarını tapırlar.

Məhz belə işbazların biznesinin "qurban"ı olacaq yaxınlarımızı düşünəndə bəzən ölmək də istəmir adam. Doğrudur, təəssüflər olsun, bəzən zəiflik, dözümsüzlük göstərib, intiharı çıxış yolu seçərək, aramızdan gedənlər olur. Amma, onlar bu əməlləri ilə bir növ, həm də eqoizm nümayiş etdirmiş olurlar. Çünki, iqtisadi böhranın hər evdə "qonaq" olduğu bir dövrdə ölümün xərcləri yaşamaqdan daha çoxdur.

Ölən ölür... Yaşayanlar da düşüb qapı-qapı onun xərclərini ödəmək, el-obanın dilinə düşməmək, bu məclisi hər kəsi razı salacaq dərəcədə, üzüağ yola vermək üçün pul tapmağa çalışır.

Xərclər də ki... Mərasim evi (yaxud çadır), ölüm günü, üç, yeddi, 4 Cüməaxşamı, qırx, qara bayram...
Hələ ildönümlərini, bir il ara günlər başsağlığına gəlib - gedənləri demirik. Amma, nə yazıq ki, bunlar da hamısı deyil. Əsas xərclər cənazənin dəfn olunması ilə bağlı olan xərclərdir.

İndi biz yazaq, siz də hali olun...

Bir müddət əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhərində "qəbir monopoliyası" ilə məşğul olan şəxs barəsində məlumat yayımlamışdıq. Hansı ki, həmin məlumatda Firuz adlı şəxsin şəhər qəbristanlığında rəhmətliklər üzərindən necə "biznes" qurduğunu vurğulamışdıq.

Xatırlatmaq üçün təkrar qeyd edək ki, Firuz adlı şəxsin sözügedən biznesinə daxildir: Qəbir yerlərinin satışı, cənazənin dəfn olunması, məzarın çiçəklərlə bəzədilməsi, çeşidbə-çeşid qəbir daşları, yasin oxunması (molla xidməti) və bu kimi bəzi xidmətlər. Bütün bunlar üçün də nəzərdə tutulmuş "qiymət poketi" mövcuddur.

Məsələn, yuxarıda sadaladığımız xidmətlər şəhər kənarında yeni salınmış - "təzə qəbristanlıq" deyilən yerdə cəmi 260 AZN təşkil edir.
Şəhərin içindəki "köhnə qəbristanlıq"da isə eyni xidmətlər 400 AZN-ə başa gəlir.

Yeri gəlmişkən onu da xüsusi vurğulamaq istəyirik ki, "köhnə qəbristanlıq"da yer az olduğu üçün, orada hər kəsə cənazə dəfn etməyə icazə yoxdur. Oradan məzar yeri almaq üçün yalnız "seçilmiş", "xüsusi hörmətli" şəxslərin "xahişi" nəzərə alınır. Sadə vətəndaşlar üçün "sərfəli qiymətə" "təzə qəbristanlıq"da xidmət təklif olunur. Özü də Firuz adlı "biznesmen"in satdığı o yerlərin müəyyən bir hissəsi də aldığımız məlumata görə "SOCAR" neft şirkətinin ərazisinə daxildir.



Uzun illərdir "çörəyini qəbristanlıqdan çıxaran" Firuz bəyə buvaxta qədər kimsənin "gözün üstdə qaşın var" deməməsinin səbəbi isə aldığımız məlumata görə Zakir Fərəcovla yaxınlığıdır.

Qeyd edək ki, Firuz bəy əslən Qubadlı rayonundandır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az