Gündəm / Cəmiyyət / Sosial / Video

"Köhnə hamam, köhnə tas"... - Cəbrayıl sakinləri susmur // VİDEO


Kanal14.az: - Elman Rüstəmovun Milli Bankın idarə heyətinin sədri vəzifəsindən azad edilməsi barəsində yayımlanan məlumatlar icra başçısından narazı olan Cəbrayıl rayon sakinlərinin ümid yollarını işıqlandırmışdı.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun himayədarı olduğunu deyən yerli sakinlər, Elman Rüstəmov barəsindəki məlum sərəncamdan dərhal sonra, böyük ümidlə ölkə başçısı tərəfindən Kamal Həsənovun da işinə xitam veriləcəyi barəsində də sərəncam imzalanacağını gözləyirdilər. Hətta, Böyük Mərcanlı kənd sakini Məmmədova Elmira Əliş qızı "DogruXeber.az" redaksiyasına göndərdiyi videomüraciətində də bu fikirləri açıq şəkildə ifadə edib.



Lakin, Cəbrayıl sakinləri adına təəssüflə qeyd etmək istəyirik ki, onların bu ümidləri (hələ ki) özünü doğrultmadı. Kamal Həsənov bu gün də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısıdır və bu gün də ötən yayımlarımızda sakinlərin vurğuladığı problemlər Cəbrayıl qəsəbəsində yaşanmaqdadır.

"Dayday"lı məmurların toxunulmazlığı... - VİDEO

Əlacsız qalaraq, mətbuat vasitəsilə ölkə başçısına üz tutub, İcra başçısından gileylənən sakinlərə rəğmən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov, eləcə də onun kimi fəaliyyət göstərən, bugünə qədər "gözün üstdə qaşın var" deyilməyən digər məmurlar görünür bütün bunlardan qətiyyən təsirlənmirlər. Odur ki, məhz bu səbəbdən də oturduqları kürsünü yalnız maraqlarının tələb etdiyi kimi idarə edirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az