Gündəm / Cəmiyyət

Suraxanı Icra Başçısı özü ilə Çətir Tutan Gəzdirir – VİDEO

Suraxanı Icra Başçısı özü ilə Çətir Tutan Gəzdirir – VİDEO

Kanal14.az: - Azərbaycanda daha bir icra başçısı özünə "çətir tutan” işçi götürüb.

Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlə görüşə gedib. Belə ki, Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin mühafizəsi onun başının üzərində çətir tutub.

Fotoda göründüyü kimi, hava yağmursuz olub.

Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir neçə gün öncə sosial media da Suraxanı icra başçısı Əziz Əzizov onun görüşünə gələn qazini dinləmədən, laqeyid şəkildə xidməti maşınına oturub getməsi ilə gündəmə gəlmişdi.

Yenilik.az