Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.

"Kanal14.az" xəbər verir ki, bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. 

Qeyd edilib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.