"Qalatasaray" Türkiyə Superliqasında 35-ci tur oyununa çıxıb.

"Kanal14.az" xəbər verir ki, İstanbul təmsilçisi "Sivasspor"u qəbul edib və 2:3 hesabı ilə uduzub.

"Qalatasaray" - "Sivasspor" - 2:3
Qollar: Qomis, 10 (1:0), Yatabare, 44 (1:1), Ulvestad, 49 (1:2), Qomis, 58-pen (2:2), Oğuz, 64 (2:3)

Bu nəticədən sonra "Qalatasaray" 47 xalla 13-cü pillədə qalıb, "Sivasspor" isə 48 xalla 11-ci pilləyə yüksəlib. Çempionluğu rəsmiləşdirən "Trabzonspor"un 77 xalı var. "Fənərbaxça" 68 xalla 2-ci, "Konyaspor" 64 xalla 3-cüdür.