Gündəm / Cəmiyyət

100 yaşlı kişi 84 ildir eyni şirkətdə işləyir

100 yaşlı kişi 84 ildir eyni şirkətdə işləyir

Braziliyalı Uolter Ortman 15 yaşında işə düzəldiyi şirkətdə 84 ildən çox çalışıb.

"Kanal14.az" xəbər verir ki, Uolter 1938-ci ilin yanvarında "ReneauxView”də çatdırılma üzrə köməkçi olaraq işə başlayıb. Vaxt keçdikcə o, satıcı, sonra satış meneceri vəzifəsinə yüksəlib.

2022-ci ilin aprelində Ortmanın 100 yaşı tamam olub. Onun eyni şirkətdəki uzun müddətli karyerası Ginnesin Rekordlar Kitabı tərəfindən sertifikatlaşdırılıb.

Bu müdrik, intizamlı və çalışqan insan 2019-cu ildə əmək kitabçasındakı iş stajı 81 il 85 gün olmaqla rekord qazanmağa müvəffəq olub.