Gündəm / Mədəniyyət

Dramaturq Firuz Mustafanın “ SEHRBAZ” əsəri səhnələşdirilib - TƏƏSSÜRAT // VİDEO

Dramaturq Firuz Mustafanın

İKİNCİ HİSSƏ:

Rusiyanın Ukraynaya təcavüzkar müharibəsindən bir az əvvəl Ukrayna Təhsil Nazirinin Baş müşaviri, həmyerlimiz Elxan Nuriyev mənə zəng etmişdi. Firuz Mustafa ilə maraqlandı. Dedi ki, onun pyesini burda Böyük Teatrda tamaşaya qoymaq istəuyirlər, onunla necə əlaqə saxlaya bilərəm? Sən mənim telefon nömrəmi ona verə bilərsənmi? Düzü, bu xəbərdən çox sevindim. Xoş anlar, xoş duyğular yaşadım. Dönə- dönə ona təşəkkür etdim. Bax,budur həqiqi sənətə verilən qiymət. Miliyyətindən yerindən, yurdundan asılı olmayaraq yaxşı əsər hər yerdə oxunur, sevilir, hər yerdə qəbul olunur. Bircə bizim Akademik Milli Dram Teatrından başqa.

Firuz Mustafa dramaturgiyasına xalqımız tərəfindən verilən böyük qiymətdir ki,bu gün onu "Sehrbaz” tamaşasının işığına toplaşanların sayı 700 nəfərdən çoxdur.



Burda bir incə məsələni xüsusi vurğulamaq istəyirəm.Tamaşaya gələn insanların sayı məni nə qədər duyuğulandırdısa,onların tamaşaya olan sonsuz marağı və diqqəti bir o qədər məmnunluq hisləri yaradır və sevindirirdi.Məhz ona görə məmnunluq duyur və sevinirdim ki 50 ildən çox tanıdığım və dostluq münasibətində olduğum bir insanın uğurunu öz uğurum hesab edirdim. İkincisi isə cəmiyyətimizin fəallığı,mədəni saviyyəsinin yüksəlişi,teatra,incəsənətə və digər mədəniyyət ocaqların olan sonsuz marağı, respublikamızın tanınmış adlı-sanlı sənət adamları ilə ürəkdən canlı təmasda olması, sözün həqiqi mənasında mənə çox xoş təsir bağışlayırdı. Bu, ən əsas amillərdən biridir. Mən millətçi deyiləm, heç kosmopolit də deyiləm. Amma, millətimi, xalqımı, vətənimi və onun insanlarını bütün varlığımla sevirəm. Müstəqil respublikamızın vətəndaşlarının aydın, fəal, aktiv, səviyyəli görəndə çox sevinir və fəxarət hissi duyuram. Bəlkə də inanmassınız, tamaşa zalında elə bir sakitlik, elə dərin bir sükunət var idi ki, tamaşanın təsirindən həyacanlanan insanların nəfəs aldığı çox aydın hiss olunurdu. Mənim fikrimcə, bu, yalnız yüksək mədəniyyətin, teatra, sənətə verilən böyük qiymətin təzahürü deyildi, eyni zamanda tamaşanın, aktyor oyunun, onun təsir gücünün aydın ifadəsi idi. Burda Beynəlxalq Teatr Tənqidçiləri Assosasiyasının Baç Katibi Mişel Vaisin dediyi bir söz yadıma düşür: ”Bizim kim olmağımızı bilməyimizə böyük ehtiyacımız var, bu özünü teatrda daha aydın şəkildə göstərir. Çünki, teatr, tamaşa insanlarda fikir yaradır, onları düşünməyə vadar edir. O,yalnız bir əyləncə deyil,həmdə fikirin,düşüncənin oyanışıdır.” Sözün həqiqi mənasında "Sehirbaz” tamaşası bu cəhətdən çox uğurlu və təqdirə layiqdir.Mən tamaşa haqqında nə qədər xoş sözlər desəm və nə qədər yaxşı yazsam da tamaşanın təsir gücünün insanlarda yaratdığı reaksiya və emosiya qədər bəlkə də inandırıcı və təbii görünməz. Düşünürəm ki, tamaşada iştirak edənlər bunun nə qədər həqiqət olduğunu öz müşahidələri, keçirdikləri hiss və həyəcanla təsdiq edərlər.

Dramaturq Firuz Mustafanın

(sağdan sola: istedadlı yazıçı Təranə Məmməd, gözəl şair Rəfael TAĞIZADƏ, əməkdar İncəsənət xadimi, dramaturq Firuz MUSTAFA və biz...)


Azərbaycanda teatr problemlərini,tamaşaçı problemlərini yaşayan,insanlarımızın teatra,mədəniyyətə olan soyuq münasibətini ürək ağrısı ilə qarşılayan ziyalı kimi bu uğur məni çox sevindirir. Təbii ki, tamaşanın uğur qazanmasının əsas səbəblərindən biri də rejissor işidir. Əsərin quruluşçu rejissoru respublikanın xalq artisti, "Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur. Mən onu müasir Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri hesab edirəm. Zəngin təcrübəyə malik çox istedadlı, elmli, bilikli, böyük fantaziyaya, dərin təxəyyülə malik hazırlıqlı və modern düşüncəli bir sənətkardır. Tamaşaya baxan kimi Mərahim müəllimin dəst- xətti, yüksək peşəkarlığı dərhal hiss olunur. Mən onu uzun illər öncə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru işlədiyi dövrlərdən tanıyıram və quruluş verdiyi bəzi tamaşaların ictimai baxışında iştirak etmişəm. Dəfələrlə söhbətlərin şahidi olmuşam ki, teatra gələn tamaşaçıların əksəriyyəti məhz quruluşçu rejissor Mərahim Fəızəlibəyov olduğuna görə gəlmişlər. Bu çox böyük sevgidir. Sənətkar üçün tamaşaçı sevgisindən böyük mükafat yoxdur. Düşünürəm ki, "Sehrbaz” ın belə uğurlu alınmasının və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmasənın əsas səbəblərindən biri də məhz budur- rejissor işi. Teatr tənqidçisi Fəridə Cəlilova məqalələrinin birində yazır ki, " Bizim teatrlarda hər şeyin sanki nəzərə alındığını görürük- pyesin bütün peripetiyaları düzgün müəyyənləşdirilir, rol bölgüsü uğurludur, rəssam işi, musiqi rejissor ideyasına müvafiqdir, amma tamaşa lazımi atmosferi vermir”. Bu baxımdan yanaşanda "Sehrbaz” olduqca uğurludur.Mən tamaşa haqqında geniş yazmaq istəmirəm. Bu başqa bir mövzudur. Və düşünürəm ki, nə vaxtsa, bəlkə də çox uzaq olmayan bir zaman kəsiyində bu mövzuya qayıdacağam.
Firuz Mustafanın yaradıcılığı çox şaxəlidir. O, istedadlı nasir və şairdir. Amma mən hesab edirəm ki, o, hər şeydən əvvəl gözəl dramaturqdur. "Sehrbaz” pyesi F.Mustafanın psixoloji dram əsərlərindən biridir. Onu da deyim ki, F.Mustafa filosof olduğundan ( o, fəlsəfə elmləri doktorudur) ilk öncə oxucularını düşündürməyi sevir və bir dramaturq kimi o, yazdığı səhnə əsərlərində də həmişə bu ənənəsinə sadiq qalır. Komediya janrında bir neçə pyes yazsa da, əsasən ciddi, siyasi, sosial,mənəvi - psixoloji mövzulara üstünlük verir və deyərdim ki, hər dəfə də tamaşaçılarını sevindirən möhtəşəm uğurlar qazanır.

Dramaturq Firuz Mustafanın

"Sehrbaz” əsərində ilk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə, maraqlı talelərindən bəhs edilir. Tamaşada şəkillər dəyişdikcə, hadisələr bir- birini əvəz etdikcə, dərin psixoloji anlar yaşandıqca məlum olur ki, bu insanlar heç də özgə deyillər və heç də bir- birinə yad deyilər. Və bu insanların həyatı nə vaxtsa bir nöqtədə birləşmiş və müəyyən səbəblərdən taleyin ümidinə buraxılmışlar. Tamaşa boyu gərgin psixoloji hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş olayların, sirrlərin üstü açılır. Gərgin, psixoloji səhnələr, aktyorların təbii, canlı oyunları tamaşaçıları öz təsiri altına alıb, sanki dramaturqun təxəyyülünun məhsulu deyil, ağrı- acılı canlı real həyat həqiqətlərini əks etdirən səhnəni həyacanla izləməyə sövq edirdi. Tamaşada obrazların daxili aləminin açılması üçün müəllifin peşəkarlığı açıq- qydın hiss olunur. Sevgi, nifrət, xəyanət səhnələri aktyorların özünün potensialını göstərmək, obrazları canlı oynamaq, öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün geniş psixoloji imkanlar yaradır. Bu imkanlardan böyük məharətlə bəhrələnən aktyorlar - İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova və Aynur Abbasova öz təbii oyunları ilə tamaşaçıların qəlbinə yol tapmağı, onların sevimlisinə çevrilməyi bacarırlar.
Yuxarıda qeyd etdiyim kimi, bir daha vurğulamaq istərdim ki, mən çox nadir hallarda, bu istər Moskvada və istərsə də getdiyim xarici ölkələrdə olsun, tamaşaçıların sakit, səssiz- səmirsiz, yerində eşəıənmədən, qurcalanmadan, heç nə yemədən diqqətlə tamaşaya baxdıqlarının şahidi olurdum. Bu gün isə bunun apagey zirvəsini gördüm. Nə vaxtsa elə bil bu sevimli, əziz insanlardan ayrı düşmüşdüm. Özüm də səbəbini bilmədən sanki küsmüşdüm, incimişdim. Özümü tənha, yad hiss edirdim. Və bu tənhalıq, bu yadlıq məni üzür, incidir, qəlbimi sızladırdı. Amma bu gün " Sehrbaz” tamaşası öz sehri ilə mənim bu ağrı – acılarıma, narahatlığıma son qoydu. Buna görə əziz dostum Firuz Mustafaya dərin təşəkkürümü bildirirəm.


DogruXeber.az