Fevralın 24-dən aprelin 26-dək Ukrayna Silahlı Qüvvələri 22100-ə yaxın rus hərbçisini öldürüb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Şəxsi heyətin itkiləri - təxminən 22 100 nəfər, tanklar - 918 ədəd, zirehli döyüş maşınları - 2308,  artilleriya sistemləri - 416, MLRS - 149,  təyyarə - 184, helikopterlər - 154, avtomobil texnikası - 1643, gəmilər / qayıqlar - 8, yanacaq çənləri - 76, əməliyyat-taktiki səviyyəli PUA-lar - 205, xüsusi texnika - 31, OTRK / TRK buraxılış qurğuları - 4", - deyə  məlumatda qeyd olunub.