Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Səhiyyə / Foto / Video

Kosmetoloqun "himayədar"ı jurnalisti təhdid və təhqir etdi... - Audio

Kosmetoloqun

Kanal14.az: - Bəzi xəstəliklər var ki, bizim orqanizmimizdə formalaşmır. "Hepatit B", "C" və digər bu kimi xəstəliklər insanlara stomatoloji, ginekoloji kabinetlərdə, estetik mərkəzlərdə, gözəllik salonlarında gigiyena qaydalarına riayət olunmadığı halda yoluxur. Ona görə də bu cür mərkəzlərdə gigiyena qaydalarına yüksək səviyyədə riayət tələb olunur. Təəssüflər olsun ki, bir çox yerlərdə bu qaydalara qismən əməl edilir, bəzilərində isə bütün qaydalara riayət etdiklərini desələr də, reallıq bunun tamamilə əksini göstərir.

Ən çox problemlər isə gözəllik salonlarında yaşanır.
Xüsusilə də son zamanlar dəbdə olan tərkibi məlum olmayan dodaq dolğularında və digər müxtəlif bədən doğrularında istifadə edilən süni gellər də insan orqanizmində dəhşətli fəsadlar yaradır. Üstəlik həmin bu cür riskli prosedurları qeyri-pesəkar, səriştəsiz, özünü "kosmetoloq" adlandıran şəxslər tətbiq etdikdə, fəsad yaratma riski ikiqat artır.

Yeri gəlmişkən "DogruXeber.az" redaksiyasına Nuranə Əliyeva (ad şərtidir) tərəfindən müraciət daxil olmuşdur. Xanım müraciətində bildirir ki, aprel ayının 17-də rəfiqəsinin bələdçiliyi ilə dodaq doğusu üçün kosmetoloq olduğu deyilən İlahə adlı şəxsin yanında olub. İlahə adlı şəxs onun dodaqlarına 1.5 qram süni gel istifadə edib. Lakin, Nuranə Əliyeva redaksiyamıza bildirib ki, dolğu ümumiyyətlə nəticəsiz olub. Yəni, dodaqda heç bir şəkildə dolğu əlaməti yoxdur. Bundan əlavə xanım qeyd edir ki, "Dolğu etdirib, evə gələndən sonra dodaqlarım yavaş-yavas göyərməyə başladı. Hazırda dodaqlarım çox bərbad vəziyyətdədir. Göy ləkələr səbəbilə evdən bayıra çıxa bilmirəm".

P.S: Nuranə Əliyevanın söylədikləri ilə bağlı qarşı tərəfi də dinləmək məqsədilə kosmetoloq olduğu deyilən İlahə adlı şəxslə telefon əlaqəsi saxladıq və Nuranə xanımın müraciətini diqqətinə çatdırdıq. İlahə xanım əvvəlcə Nuranənin haqsız olduğunu iddia etdi və göyərmələri "normal hal" kimi qələmə verdi. Üstəlik də: - "Mənim diplomlarım var. Peşəkar kosmetoloqam. 17 il Neftçilər kimi yerdə işləmişəm" - deyə, işində peşəkar olduğunu bizə isbatlamağa çalışdı.

QEYD: İlahə xanımın kosmetoloq kimi peşəkarlığının isbatı sözdə deyil, aşağıdakı fotoşəkildə daha aydın görünür.

Kosmetoloqun


Biz xanıma bildirdikdə ki, "Dedikləriniz aydındır. Sizin mövqeyinizi beləcə də dərc edəcəyik. Araşdırılmalı məsələlərlə isə artıq, aidiyyatı qurumlar məşğul olar" Xanım dərhal cavab verdi ki, "Onu bura gətirən padruqası (rəfiqəsi) mənə pul borcludur. Kartını atsın ona, padruqası (rəfiqəsi) onun gel üçün ödədiyi pulunu geri versin."

İlahə xanımla danışdıqdan bir neçə dəqiqə sonra redaksiyamıza (+99455)321-27-32 mobil nömrə vasitəsilə adını gizlədərək, "İlahənin qardaşıyam" deyən bir nəfər zəng edib, redaksiya əməkdaşını və müraciət edən şəxsi əxlaqa zidd, şəxsiyyəti alçaldan ifadələrlə təhqir və təhdid etdi.
Biz həmin şəxsə, "Barənizdə Daxili İşlər Nazirliyinə müraciət edəcəyik", dediyimizdə isə, o: - "A kişi, sən kimi kimlə qorxudursan?!" - deyə rişxəndlə cavab verdi.



QEYD: Yeri gəlmişkən, artıq həmin şəxs barəsində redaksiyamızın rəhbəri tərəfindən Daxili İşlər Nazirliyinin "102" qaynar xətt xidmətinə məlumat verilib.

DogruXeber.az