Putinin yaxın müttəfiqləri Ukraynada müharibə başlayandan bəri müəmmalı şəraitdə yoxa çıxıblar. Bu prosesdə onlar ya azadlıqlarını, ya da həyatlarını itiriblər. 

"Kanal14.az" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşr Rusiya liderinə yaxın olan bəzi adların yoxa çıxmasını araşdırıb.  

Belə  ki, onlardan biri də Rusiyanın Müdafiə naziri Sergey Şoyqudur. Onun uzun müddət yoxa çıxması bəzi şübhələr doğurub. Bir çox KİV Rusiya Müdafiə Nazirliyinin rəhbərinin səhhətində problemlər olduğunu yazıb. Lakin Şoyqunun qızı Putini atasını "marginallaşdırmaqda” ittiham edib. İndi nazir yenidən ictimaiyyət qarşısındadır. Amma "Bild"  bildirir ki, ötən gün Putinin Şoyqu ilə "canlı” müzakirəsi başlıqlı yayılan videogörüntülər saxtadır. 

Putinin digər əlaltılarından - 5-ci FSB xidmətinin rəhbəri Sergey Beseda hazırda Moskvanın Lefortovo həbsxanasındadır. FSB-dəki "təmizləmə” Putinin məxfi xidmətdən birinin Rusiyanın Ukraynaya hücum planlarını Qərb kəşfiyyatına ötürə biləcəyindən qorxduğu üçün həyata keçirilib.

Nəşrin yazdığına görə, Besedanın həbsi Putinin başqalarına  "əgər mənə xəyanət etsən, sonunda həbsxanaya düşəcəksən", - deyə  siqnalıdır. 

Martın ortalarında Putin Moskvanın yüksək səviyyəli hərbi rəhbərlərindən biri, Rusiya Milli Qvardiyasının rəis müavini, general Roman Qavrilovu da həbs edib. Saxlanma faktı rəsmən təsdiqlənməyib. 

"Lakin Qavrilovun iddia edilən həbsindən cəmi bir gün əvvəl Putin öz hökumətinə müraciətində Ukraynadakı müharibəyə haqq qazandırıb və "satqınlara” qarşı çıxıb”, – nəşr bildirib.

Məlumata görə, generalın həbsinin iki versiyası var: ya insanların ölümünə səbəb olan hərbi məlumatların sızması, ya da "pul israfı”.

Bundan əlavə KİV Kiyevə uğursuz hücumdan sonra Rusiya prezidenti Vladimir Putin baş komandan vəzifəsini tutmaq qərarına gəldiyini qeyd edib.