Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.

"Kanal14.az" xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Keçmiş futbolçu bir neçə ay əvvəl kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı klinikalardan birinə yerləşdirilib.

Bundan əvvəl, 2021-ci ilin sentyabrında 81 yaşlı Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub.

Eyni zamanda bildirilir ki, hazırda əfsanəvi oyunçunun həyatı üçün heç bir təhlükə yoxdur, o, klinikada mütəxəssislərinin nəzarəti altındadır.