"WhatsApp” növbəti yeniliyini istifadəçilərin ixtiyarına verməyi hazırlaşır.

"Kanal14.az" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Artıq messencerdə istifadəçilər "Son görülmə” statusunu öz seçdikləri şəxslərdən və ya bütün kontaklardan gizlədə biləcəklər. Sözügedən seçim hazırda "beta” versiyalarındadır. Onun nə vaxt istifadəçilərə təqdim olunacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, hazırda "Son görülmə” statusu bütün istifadəçilərdən gizlənmək üçündür.