Gündəm / Cəmiyyət

Bu şəxslər enerji içkilərini qəbul etməməlidirlər - Nazirlikdən ÇAĞIRIŞ

Bu şəxslər enerji içkilərini qəbul etməməlidirlər - Nazirlikdən ÇAĞIRIŞ

 


Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.

Kanal14.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: "Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".