Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Foto

Sən demə buna görə Fəxri fərmanla təltif olunubmuş... - FOTO

"Kanal14.az"  "DogruXeber.az"a istinadən  bildirir ki, bir neçə gün əvvəl Müdafiə Naziri Zakir Həsənovun Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlini fəxri fərmanla təltif etməsi xəbəri media gündəminə bomba kimi düşdü və gündəm bu xəbərin etkisi ilə hələ də çalxalanmaqdadır.

Məlumat yayımlandığından bəri hər kəsi bir sual düşündürürdü - "Görəsən Ənvər Ənvərlinin hansı əməlinə, xalqa, dövlətə, dövlətçiliyə hansı layiqli xidmətinə görə, özü də Müdafiə Naziri onu fəxri fərmana layiq görüb?"...

Doğrusu, hələ ki, bu sualın cavabını tapan olmamışdı, çünki Ənvər Ənvərli adının bu ölkə, bu xalq üçün hər hansı bir xeyirli iş gördüyü barəsində bugünə qədər kimsə bir xəbər eşitməyib. Atası Adil Vəliyev desək... Onun da adını "google" axtarış sisteminə vurduqda, vikipediyasından əvvəl, haqqında olan saysız vətəndaş şikayətləri ekrana gəlir.

Beləcə, hamı bu fərmanın səbəbini düşündüyü vaxtda, araşdırmaçı jurnalist Cavanşir Həsənli öz şəxsi Facebook hesabında bu fərmanın səbəbinin ətraflı şəkildə açıqlamasını paylaşdı.

Sən demə Zakir Həsənov Ənvər Ənvərlini "təkbaşına bu qədər biznesləri idarə etməsinə, daha doğrusu bu qədər biznes və sərvətlərə sahib olduğuna görə" fəxri fərmana layiq görübmüş.

Haqsız da sayılmaz, zarafat deyil, az qala bir dövlət büdcəsi qədər sərvətə sahibdir. Amma, indi bu müqəddəs ayda xalqın da haqqını danmaq olmaz axı... O fəxri fərmandan biri də bu xalqa düşür. Çünki, məmurun və məmur övladının milyarder olmasında ən çox əməyi olan zəhmətkeş xalqımızdır...

Yeri gəlmişkən, Cavanşir Həsənli Ə.Ənvərlinin bizneslərinin mediaya məlum olan qədərinin siyahısını da izləyicilərə təqdim edib.

"Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin Müdafiə naziri Zakir Həsənov tərəfindən fəxri fərmanla təltif olunan oğlu Ənvər Ənvərlinin kiçik biznesi:

Tikdirdiyi yaşyiş binaları:
✔️BAKIXANOV REZİDENS A
✔️BAKIXANOV REZİDENS B
✔️BAKIXANOV REZİDENS 1
✔️BAKIXANOV REZİDENS 2
✔️BAKIXANOV REZİDENS 3
✔️FİRELAND
✔️FİRELAND2
✔️RAMANA REZİDENS
✔️BRİLLİANS REZİDENS 1
✔️BRİLLİANS REZİDENS 2

Yen yaşayış binaları layihələri:
✔️BAKIXANOV ZƏFƏR1
✔️KOROĞLU REZİDENS

Avtomobil satış mərkəzləri:
✔️PORSHE BAKI MƏRKƏZİ
✔️AUDİ BAKI MƏRKƏZİ
✔️CHERY BAKI MƏRKƏZİ
✔️GEELY BAKI MƏRKƏZİ

Şirlətlər:
✔️ƏFƏNDİLƏR GROUP
✔️ƏFƏNDİLƏR MMC
✔️EURO STYLE LTD. MMC
✔️"YENİ SABUNÇU" MƏNZİL TİKİNTİ KOOPERATİVİ
✔️"YAŞIL CONSTRUCTİON" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ
✔️"BƏRGÜŞAD-Ş" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

✔️AVTOMOBİL TƏMİRİ MƏRKƏZİ
Volkswagen AG - nin Azerbaycanda resmi dileri (Nizami r-nu, Babək prosp. 35 A Bakı)

✔️CAFE CAYENNE (57 Üzeyir Hacıbəyov, Bakı)"

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az