Gündəm / Cəmiyyət

Şahmar Mövsümovun qardaşı federasiya prezidenti seçildi

Şahmar Mövsümovun qardaşı federasiya prezidenti seçildi

 

Azərbaycan Kamandan Oxatma Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Kanal14.az  xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında gerçəkləşən tədbirdə quruma prezident seçkisi baş tutub.

Şahin Mövsümov yenidən federasiyanın rəhbəri seçilib. O, 2007-ci ildən quruma başçılıq edir.

Qeyd edək ki, Şahin Mövsümov Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.