Gündəm / Cəmiyyət

Ramiz Mehdiyevin aparat rəhbəri təyin etdiyi şəxs İŞDƏN ÇIXDI

Ramiz Mehdiyevin aparat rəhbəri təyin etdiyi şəxs İŞDƏN ÇIXDI

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının rəhbəri Seyfəl Həsənov işdən çıxıb.

Bu barədə Kanal14.az-a Akademiyadan məlumat verilib.

Qeyd olunub ki, S.Həsənov səhhətindəki problemlərlə bağlı işdən ayrılmaq üçün müraciət edib və müraciəti qəbul edilib.

Həmçinin bildirilib ki, hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, S.Həsənov Ramiz Mehdiyevin AMEA prezidenti olduğu dövrdə sözügedən vəzifəyə təyin olunmuşdu.