Avstriya kansleri Karl Nehammer bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedib. 

"Kanal14.az" "The New York Times"a istinadən xəbər verir ki, kansler görüşdən sonra deyib ki, söhbət onu Ukraynadakı müharibənin sülh yolu ilə bitirmək perspektivi ilə bağlı pessimist qalmasına səbəb olub. O, Putinin Ukraynaya qarşı amansız hücumu kəskin şəkildə gücləndirmək niyyətində olduğunu bildirib. 

Avstriya liderinin sözlərinə görə, 75 dəqiqəlik söhbətin sonunda Putin ona deyib ki, "Bu (müharibə) tez bitsəydi, daha yaxşı olardı". Əlavə olaraq bildirilib ki, bu sözlərin mənası aydın deyil, çünki onlar ya Putinin sülh danışıqlarına hazır olduğuna, ya da Donbasa tez və qəddar hücum hazırlaya biləcəyinə işarə edə bilər.

Görüş zamanı Putin Ukraynada təşkil edildiyi iddia edilən hərbi cinayətlərlə bağlı iddiaları rədd edib.

Nehammer qeyd edib ki, Rusiya qüvvələri Donbasda genişmiqyaslı hücum üçün səfərbər olur.