Siyəzən rayonunda məktəbli bıçaqlanıb.

"Kanal14.az" xəbər verir ki, hadisə şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi S.A. mübahisə zəminində X sinif şagirdi M.B-yə bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Hadisəni törədən S.A. saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.