Milli Məclisin deputatı Jalə Əhmədova "Vinq Çun” döyüş sənəti federasiyasının birinci vitse-prezidenti vəzifəsindən istefa verib.

"Kanal14.az" Oxu.Az-a istinadən xəbər verir ki, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.

Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.

Deputat Jalə Əhmədova məlumatı təsdiq edib.