Gündəm / Siyasət / Cəmiyyət / Foto

Heydər Babayevlə bağlı faktlar üzə çıxdı... - FOTO

Heydər Babayevlə bağlı faktlar üzə çıxdı... - FOTO

Kanal14.az: - "Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb. Villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi ALIYA BABAYEVA L.L.C. üzərindən alınıb. Şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi məlum deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dir.

Sabiq nazirin 2011-ci ildə Lüksemburq da həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.
Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. WİKİLEAKS sənədlərinə görə 2006-cı ildə səfir Rino Harniş tərəfindən göndərilmiş məxfi teleqramda Heydər Babayev ABŞ-ın adamı kimi xarakterizə edilmişdi".

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli şəxsi facebook hesabında paylaşıb.

Faktla bağlı bütün maraqlı tərəflərin mövqelərini dinləməyə və dərc etməyə hazırıq.