Hindistanda 18 metr uzunluğundakı dəmir körpü sökülərək metal parçaları halınd satılıb. 

"Kanal14.az"ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmilər məlumatınd sözügedən dəstə üzvlərinin polis tərəfindən axtarıldığı deyilir. 

Özlərini Bihar Suvarma Departamentinin dövlət məmurları kimi təqdim edən quldurlar kənddəki tərk edilmiş körpünü sökmək üçün xüsusi kəsici alətlər və qazma avadanlıqlarından istifadə ediblər.

Polisdən verilən məlumata görə, kənd sakinləri 30 il əvvəl tikilmiş körpünün istifadə edilmədiyi üçün sökülməsi üçün əvvəllər müraciət ediblər. Sakinlərdən birinin sözlərinə görə, onlar ərizəni Suvarma İdarəsinə veriblər.