"Barselona" futbol klubu İspaniya çempionatının 31-ci turu çərçivəsində səfərdə "Levante"ni məğlub edib.

"Kanal14.az" xəbər verir ki, Valensiyada keçirilən görüş 3:2 hesabı ilə başa çatıb.

"Levante"nin heyətində qolları Xose Luis Morales (52-ci dəqiqə, penaltidən) və Qonsalo Melero (83-cü dəqiqə) vurub. "Barselona"nın heyətində Pyer-Erik Obameyanq (59), Pedri (63) və Lük de Yonq (90+2) fərqlənib.

Xavinin yetirmələri ardıcıl 15 oyundur (11 qələbə və dörd heç-heçə) ölkə çempionatında uduzmur. "Barselona" sonuncu dəfə 2021-ci il dekabrın 4-də səfərdə "Betis"ə məğlub olub (0:1).