Gündəm / Cəmiyyət

"Yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür" - Teymur Musayev

"Yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür" - Teymur Musayev

 

"Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Tam detallı məlumat verə bilməsəm də, söhbət sırf Sars-Cov 2 əleyhinə vaksindən getmir”.

Kanal14.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, vaksin istehsalı strateji məsələdir: "Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda istənilən halda mümkün olan pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər”.