Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflər on beş gün müddətində hökumətə təqdim ediləcək.

"Kanal14.az" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamında əksini tapıb.

Sərəncama əsasən Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, "Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.