Gündəm / Cəmiyyət

Bakıda yol təmir edildi - Maşın dayanan yerə asfalt vurulmadı

Bakıda yol təmir edildi - Maşın dayanan yerə asfalt vurulmadı

 

Sosial şəbəkələrdə yol təmiri zamanı kənarda park edilmiş avtomobilin olduğu yerə asfalt vurulmayıb.

Kanal14.az xəbər verir ki, həmin foto Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Kanal14.az-a açıqlamasında təmir zamanı həmin avtomobilin sahibinin tapılmadığı üçün belə bir hadisənin baş verdiyini bildirib:

"AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı nəqliyyat vasitəsinə toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Artıq bu gün həmin problem aradan qaldırılacaq".