Gündəm / Cəmiyyət

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

 

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Kanal14.az-a verilən məlumata görə, rayon sakini Ulduz Süleymanov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri etdiyi üçün yol polisi əməkdaşları tərəfindən ona "saxla” əmri verilib. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana qəbul etdiyi müəyyən olunub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılmasından ötrü məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Ulduz Süleymanov sürücülük hüququndan bir il müddətinə məhrum edilməklə 15 sutka inzibati həbs olunub.