Gündəm / Cəmiyyət

"Jara"nın yerinə bu festival keçiriləcək

"Jara"nın yerinə bu festival keçiriləcək

 

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının adı dəyişdirilərək "Sea Breeze Summer Fest" olub.

Kanal14.az xəbər verir ki, tədbir iyulun 25-dən 29-na kimi davam edəcək. Beş gün davam edəcək musiqili gecədə 150-yə yaxın məşhur yer alacaq.

Festivalda Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti, Eminin solo konserti olacaq. Tədbirdə türkiyəli müğənni Kənan Doğulu, Minelli, Morandi, Outlandish  də çıxış edəcək.

Qeyd edək ki, "Jara" üçün alınan biletlər sözügedən festival üçün də keçərlidir.