Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Kanal14.az"a verilən məlumata görə, rayonun Dəllər qəsəbəsində "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.