İspaniya hakimiyyəti ABŞ-ın tələbi əsasında rusiyalı oliqarx Viktor Vekselberqə məxsus 90 milyon dollarlıq yaxtanı ələ keçirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Financial Times"ın məlumatında qeyd olunub. 

Bildirilir ki, İspaniyanın Mayorka adasında 255 futluq dəbdəbəli "Tanqo" adlı gəmi ABŞ-ın tələbi ilə müsadirə edilib. Bu, Rusiyanın Ukraynanı işğal etməsi səbəbilə Rusiya xalqına və şirkətlərinə qarşı sanksiyaların davamı kimi qiymətləndirilir. 

Həmçinin əlavə edilib ki, Rusiya əleyhinə atılan addımlar son deyil.