Gündəm / Cəmiyyət

Vərəm həbsxanalarda daha çox yayılıb

Vərəm həbsxanalarda daha çox yayılıb

 

"Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır. Bizim rəqəmlər mülki sektordan fərqli olaraq qalır".

Kanal14.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Yaponiya-Azərbaycan Dostluq ili -2022 kontekstində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan konfransda deyib.

O qeyd edib ki, vərəm vaxtında aşkarlansa, müalicə də effektiv ola bilər: "Azad olunan keçmiş məhbusların sonrakı dövrdə müalicəsi də xüsusi əhəmiyyət daşıyır. Yaponiya istehsalı və vərəmin müalicəsində effektiv rola malik tibbi cihaz bizim də diqqətimizi çəkir".