"Ticarət fəaliyyəti haqqında” qanun layihəsi hazırlanıb.

"Kanal14.az" xəbər verir ki, qanun layihəsi Milli Məclisə təqdim edilib.

Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.

Müzakirədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli iştirak edir.