Gündəm / Dünya

Kadırov yenidən Ukraynaya GETDİ

Kadırov yenidən Ukraynaya GETDİ

 

Rusiyanın Ukraynanı işğalı davam edərkən Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov yenidən Ukraynaya gedib.

Kanal14.az  xarici  KİV-ə istinadən xəbər verir  ki, Kadırov Ukraynada əsgərləri ilə görüşüb və Rusiya təbliğatına töhfə vermək üçün buradan görüntülər paylaşıb.

Britaniya mediası Kadırovun bölgəyə gəlişini "Rusiyanın ləngiyən işğalında müəyyən uğur əldə etmək cəhdi" kimi qiymətləndirib.

Bundan əlavə Çeçenistan lideri əsgərləri ilə birlikdə poza verib. Həmin görüntüləri çeçen mediası "Kadirov övladları və həmkarları ilə birlikdə Ukraynaya gəlib” kimi başlıqlarla  yayıb. Fotolarda Rusiya bayrağı ilə yanaşı, Kadırovun şəkli olan bayraqlar da görünüb.

Çeçenistan liderinin poza verdiyi əsgərlərin geyimlərinin çiyinlərindəki Z simvolları da diqqət çəkib.