Rusiyanın "Vaqner” qrupunun silahlıları Ukrayna Prezidenti Volodimir Zelenskiyə və ölkənin Baş naziri Denis Şmıqala qarşı sui-qəsd planlaşdırıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski bildirib.

Onun sözlərinə görə, sui-qəsd planı ilə bağlı sübutlar Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub. Lubkivski vurğulayıb ki, Ukrayna kəşfiyyatı "Vaqner”ın bir neçə üzvünü aşkarlayaraq məhv edib. 

Qeyd edək ki, bundan öncə də Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsdə cəhd edilib. Lakin vaxtında görülmüş tədbirlər nəticəsində sui-qəsd planının qarşısı alınıb.