Gündəm / Cəmiyyət

"Araz" supermarketlər şəbəkəsi müştərilərin "cibinə girir"... - FOTO


"DogruXeber.az" xəbər verir ki, Facebook istifadəçisi Roman Yasinov şikayət qruplarından birində Araz supermarketlər şəbəkəsindən şikayətlənib.

Roman Yasinov yazır:
""Araz" Supermarketdə deyirəm, "vitrində 4.49 yazılıb, kassada niyə 4.95 çıxırsız?"
Deyir, "olan şeydir". Deyirəm, "mən baxdım. Baxmayan yazıq artıq verib gedəcək? Olmaz axı insanların haqqına girmək." Mənə tərs-tərs baxır."


Əslində, Roman Yasinovun şikayətləndiyi mövzu şəbəkə supermarketlər Azerbaycanda fəaliyyətə başlayandan mövcuddur. Yəni, bu üsul əksər şəbəkə marketlərin kobud desək, "köhnə fırıldağı"dır. Ona görə də, artıq çox rahat şəkildə, "olan şeydir" - deyib, üzərindən keçə bilirlər.

Qaldı ki, "Araz" supermarketlər şəbəkəsinə, "vaxtı çıxmış məhsulların satışı" ilə gündəm olan bu şəbəkənin deyəsən hələ çox "bacarıqları"nın şahidi olacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az