Gündəm / Cəmiyyət

Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs saxlanıldı

Həmkəndlilərinin evlərindən oğurluq edən şəxs saxlanıldı

 

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Kanal14.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə. Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.