Gündəm / Hadisə

Xırdalanda “SAS İnşaat” ağacları qanunsuz kəsib

Xırdalanda “SAS İnşaat” ağacları qanunsuz kəsib

 

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Fərid Piriyev Kanal14.az-a bildirib ki, araşdırma zamanı ərazidə "SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman 2 ağacın qanunsuz köçürüldüyü, 3 ağacın isə kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür.