Dünyaca məşhur kino ulduzlarından biri Jan-Klod Van Dammın oğlu Kris Van Damm Azərbaycan dilində danışıb.

"Kanal14.az" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdə Kris Van Dammın həyat yoldaşı, həmyerlimiz Suada Hacızadə ərini ana dilində salamlayıb və qarşılığında da dogma dilimizdə "Salam” cavabını alıb.

S.Hacızadə deyir ki, o, Krisə Azərbaycan dilini öyrətməyə davam etmək niyyətindədir.