Məşhur komediya ustası Cem Yılmaz yeni eşq macəraları ilə yenidən gündəmə gəlib.  

"Kanal14.az" xəbər verir ki, Cem Yılmaz özündən 21 yaş kiçik aktrisa Rüya Demirbulutla sevgilidir. Cütlük Etilerdəki məkanlardan birində jurnalistlərin obyektinə tuş gəlib. Bildirək ki, 48 yaşlı Yılmaz aktrisa ilə "Erşan Kuneri” serialında tanış olub. 

Qeyd edək ki, bundan əvvəl Cem Yılmaz Serenay Sarıkaya ilə sevgili idi.