Finlandiya 5-ci dəfə ən xoşbəxt ölkə seçilib.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, müvafiq qiymətləndirmə Birləşmiş Millətlər Təşkilatının (BMT) sifarişi ilə hazırlanan 2022-ci il Dünya Xoşbəxtlik Hesabatında yer alıb.

Qeyd olunur ki, Finlandiya reytinqdə digər dövlətləri bir neçə yüz bal fərqi ilə qabaqlayır. Ən xoşbəxt ölkələrin ilk beşliyinə Danimarka, İslandiya, İsveçrə və Hollandiya da daxildir. Ən xoşbəxt on ölkə arasında Lüksemburq, İsrail, İsveç, Yeni Zelandiya və Norveç də yer alıb.