Xerson vilayətinin Skadovsk şəhərində rus hərbçiləri şəhər meri Aleksandr Yakovlevi oğurlayıblar. 

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə fəal Artem Kostyuçenko məlumat verib.

"Rusiya hərbçiləri indicə Skadovsk şəhər Şurasından mer Aleksandr Yakovlev və Yuri Palyuxi oğurlayıblar", o bildirib.