Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası başlayıb.

"Kanal14.az" xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələ daxil edilib.

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsidir.

Artıq Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

İclasda hökumət üzvləri də iştirak edirlər.