Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub.

"Kanal14.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzilin mətbəxində qaz sobası, aspirator və 2 m² sahədə mebel yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.